📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanın neft sektorunu vurmağa davam edir

2025-11-03 11:43:31

Ukrayna Rusiyanın neft sektorunu vurmağa davam edir

Hurriyyet.az xəbər verir ki, noyabrın 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri "Rosneft"in Saratov şəhərində yerləşən neftayırma zavoduna zərbələr endiriblər.
"Astra" nəşri hadisə yerində çəkilən videonun təhlilinə əsasən bu barədə məlumat yayıb.
Yerli sakinlərin məlumatına görə, Saratovda ucadan partlayışlar eşidilib, hava həyacanı siqnalları və HHM sistemi işə düşüb. Gecə şəhər aeroportunun fəaliyyəti bir neçə saatlığa dayandırılıb.
Hürr Tərcüman