Ukrayna Rusiyanın neftayırma zavoduna dron hücumu edib
2024-05-10 11:32:19
Hurriyyet.az xəbər verir ki, Ukraynanın pilotsuz uçuş aparatları Rusiya Federasiyasının Kaluqa vilayətində yerləşən "Birinci zavod" adlı neft emalı zavoduna hücum edib. Nəticədə yanğın baş verib. Bu barədə məlumatı bölgənin qubernatoru Vladislav Şapşa öz "Teleqram" kanalında verib.
Mətbuatda dərc edilən xəbərlərə görə, gecə saat 1 radələrində əvvəlcə dron uçuşu, ardından bir neçə güclü partlayış səsi eşidilib, Birinci Zavod neft anbarının ərazisində yanğın və tüstü görünməyə başlayıb.
HHM sistemlərinin işə düşdüyü bildirilir.
Hürr Tərcüman