📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanın tələbini qəbul etdi - Putinin köməkçisi AÇIQLADI

2022-03-29 19:24:00

Ukrayna Rusiyanın tələbini qəbul etdi - Putinin köməkçisi AÇIQLADI

"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verib".

Bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Vladimir Putinin köməkçisi Vladimir Medinski bildirib.

O qeyd edib ki, Ukrayna hərbi məsələlərlə bağlı hər şeyi Rusiyanın razılığı ilə edəcək:

"Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, zəmanətçi dövlətlərin, habelə Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir”, - V.Medinski deyib. (Bizim.Media)