Ukrayna rusların 57 milyon dollarlıq hərbi kompleksini məhv etdi - FOTO
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın dəyəri 57 milyon dollar olan "Moskva-1" radioelektron döyüş kompleksini məhv edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi mənblərə istinadən Unian məlumat yayıb.
Qeyd edək ki, Rusiya qoşunları cəmi 9 ədəd "Moskva-1" radioelektron döyüş kompleksi ilə silahlanıb. Bir ay əvvəl bu stansiyalardan biri Ukraynanın Müqavimət Hərəkatı və Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri tərəfindən aşkar edilib.
Ukraynalıların “Moskva-1” radioelektron kompleksini aşkar etmsi uzun müddət gizli saxlanılıb. Bu müddət kompleks diqqətlə izlənilib və onun nəhv edilməsinə hazırlıq görülüb.
Bu ay stansiyanın yeri üç dəfə təsdiqlənib. O, həqiqətən ekipajın onu tapdığı yerdə idi.
Bundan sonra Ukrayna hərbçiləri “Moskva-1”in məhv edilməsi planını hazırlayıb və lazımi vasitələri Vasilyevkaya gətiriblər. Cümə axşamı, sentyabrın 8-də saat 13:30-da rusların kompleksi birbaşa zərbə ilə məhv edilib.




Bakupost.az