📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna seçkiyə hazırlaşır?

2025-12-23 21:30:09

Ukrayna seçkiyə hazırlaşır?

Ukrayna Mərkəzi Seçki Komissiyasının qərarı ilə dövlət seçici reyestrinin fəaliyyətini bərpa edib.

Bu barədə Ali Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının sədri David Araxamiya Teleqram kanalında məlumat verib.

Araxamiya vurğulayıb ki, seçici siyahısının yenilənməsi, xüsusən də müharibə nəticəsində demoqrafik göstəricilərdəki dəyişikliklər nəzərə alınmaqla, istənilən seçkinin keçirilməsi üçün əsas şərtlərdən biridir. \\Axar.Az