📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna şəhərləri aramsız raket atəşinə tutulur – Fövqəladə vəziyyət elan olundu

2024-08-26 11:44:37

Ukrayna şəhərləri aramsız raket atəşinə tutulur – Fövqəladə vəziyyət elan olundu

Avqustun 26-da səhər saatlarında Rusiya pilotsuz uçuş aparatları və müxtəlif növ raketlərdən istifadə etməklə, Ukraynaya kütləvi hücuma keçib. Kritik infrastruktura endirilən zərbələr Kiyevdə daxil olmaqla bir sıra regionlarda elektrik enerjisinin kəsilməsinə səbəb olub. Ölənlər və yaralanların olduğu deyilir.

Gecədən etibarən Ukraynanın demək olar ki, bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya Ukrayna ərazisinə pilotsuz və bombardmançı təyyarələr göndərib. İlkin məlumatlara görə, 100-dən çox hücum PUA-sı və onlarla qanadlı raket buraxılıb.

Vinnitsa vilayətində azı dörd partlayış səsi eşidilib. Dnepropetrovsk, Zaporojye, Kiyev, Lvov, Odessa Xmelnitski və bir sıra digər vilayətlərdə, eləcə də Kiyevdə də partlayış və yanğınlar olduğu bildirilir.

Şəhərin meri İqor Polişçuk bildirib ki, hücum nəticəsində Volın vilayətinin Lutsk şəhərində bir nəfər həlak olub, yaşayış binası və infrastruktur obyektinə ziyan dəyib. Dnepropetrovsk və Zaporojye vilayətlərinin səlahiyyətliləri iki nəfərin öldüyünü bildiriblər.

Regionun rəhbəri Filip Pronin bildirib ki, zərbələr nəticəsində Poltava vilayətində 5 nəfər xəsarət alıb: sənaye obyektinə PUA düşüb, bölgədə ümulikdə 3 partlayış qeydə alınıb.

Ukraynanın qərbində yerləşən Lvov vilayətinin hakimiyyət orqanları enerji obyektlərinə hücumlar barədə məlumat verib. 

Polşa hərbçiləri bildiriblər ki, Rusiyanın qonşu Ukraynaya endirdiyi zərbə ilə əlaqədar potensial raket təhlükəsi səbəbindən təyyarələr döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kiyevdə insanlar metroda həyəcan siqnalı zamanı gizləniblər. Zərbələr səhərdə əhalinin  gur olduğu saatlarda başlayıb.

Kütləvi atəşə görə, "Ukrenerqo" elektrik enerjisini kəsib. Şəhərin meri Vitali Kliçko bildirib ki, Kiyevdə elektrik enerjisinin kəsilməsi səbəbindən bir sıra ərazilərdə su təchizatında fasilələr yaranıb.

Jitomir də susuz qalıb. Elektrik qatarlarının hərəkətində ləngimələr yaranıb, Ukrayna Dəmir Yolları ehtiyat lokomotivləri xəttə çıxarıb. Odessada elektrik nəqliyyatı dayanıb.

Rusiya Müdafiə Nazirliyi hələlik zərbələrlə bağlı şərh verməyib. Rusiya dövlət agentliyi RİA Novosti iddia edir ki, Rusiya ordusu müdafiə sənayesi obyektlərinə genişmiqyaslı hücum edib.

"Bizim enerji sektorumuzu məhv etmək istəyi ruslara, onların infrastrukturuna baha başa gələcək", - Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak “Telegram”-da yazıb.

Azpolitika.info