Ukrayna səmasında İranın 9 dronu vurulub
2022-10-06 11:21:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın cənubundakı Hava Hücumundan Müdafiə sistemləri İran istehsalı olan 9 ədəd “Şahed-136” kamikadze dronunu məhv edib. Rusiya tərəfi oktyabrın 6-na keçən gecə bu dronlarla hücum edib. Bu barədə açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığı verib.
Xəbər verildiyi kimi, bundan əvvəl İranın 6 kamikadze-dronu Ukrayna səmasında vurilmuşdu.
Hürr Tərcüman