Ukrayna sərhədə toplaşan rus hərbçilərinin sayını açıqladı! Sabah ballistik raketlərlə əməliyyat keçiriləcək
2022-02-18 17:55:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Müdafiə naziri Oleksiy Reznikov bu gün parlementdəki çıxışı zamanı Ukrayna sərhədində yerləşdirilən Rusiya hərbçilərinin sayının 149 minə çatdığını bildirib: “Rusiya həbçiləri geri çəkilmir, əksinə, onların sayının 129 min nəfərə çatdığını görürük. Dəniz və hava qüvvələri ilə birlikdə bu rəqəm 149 min nəfərə çatır”.
Digər tərəfdən, Rusiya MN sabah ballistik raketlərin də sınaqdan keçiriləcəyi təlimlərin keçiriləcəyini açıqlayıb. Rusiya Müdafiə Nazirliyinin yazılı açıqlamasında ölkə Prezidenti Vladimir Putinin rəhbərliyi ilə fevralın 19-da genişmiqyaslı əməliyyat aparılacağı bəyan edilib.
Hürr Tərcüman