Ukrayna Silahlı Qüvvələri bu gün səhər Rusiyanın iki qırıcı təyyarəni vurub
"Səhər hava hücumundan müdafiə qüvvələri şərq istiqamətində Rusiyanın iki - "Su-34" qırıcı-bombardmançı və "Su-35S" qırıcısı təyyarəsini vurub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk məlumat verib.
“19 fevral 2024-cü il səhər saatlarında Şərq istiqamətidə işğalçı qüvvənin daha iki qırıcı təyyarəsi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən vurularaq məhv edildi! Bura bizim torpağımız və səmamızdır, biz ərazilərimizin keşiyindəyik! Zəhmətiniz üçün hər birinizə təşəkkür edirik! Ardı var!", - deyə o yazıb.
Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski də təsdiqləyib: “Bu gün səhər Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qoşunlarımızın mövqelərinə idarəolunan bombalı hücumlar həyata keçirən iki Rusiya təyyarəsini məhv edib. Bir "Su-34" qırıcı-bombardmançı və bir "Su-35S" qırıcısı sıradan çıxarılıb. Göstərdiyiniz sayıqlıq və zəhmətinizə görə təşəkkür edirəm!", - deyə o qeyd edib.
Fevralın 17-də ukraynalı müdafiəçilər eyni anda üç Rusiya təyyarəsini - iki "Su-34" qırıcı-bombardmançı və bir "Su-35" qırıcısını vurduqlarını bildirmişdilər.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçukun sözlərinə görə, cəbhənin şərq istiqamətindən şad xəbər gəlib. "Hərbçilərimizin göstərdiyi əməyə görə, onlara təşəkkür edirəm", - deyə qeyd edib.
19 fevral 2024-cü il tarixinə düşmənin ümumi hava itkiləri 336 təyyarə və 325 helikopterdir.
Bizimyol.info