📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Silahlı Qüvvələri Kupyanskda öz muzdlularına hücum edib

2026-01-04 14:02:24

Ukrayna Silahlı Qüvvələri Kupyanskda öz muzdlularına hücum edib

Hurriyyet.az xəbər verir ki, “Shot Telegram” kanalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələri (USQ) Kupyanskda öz qoşunlarına və muzdlularına hücum edib.

Məlumatda deyilir: "Kupyanskda Ukrayna komandanlığı tərəfindən sıx əraziyə atılan muzdluların bəziləri xəstəxanaya sığınmağa çalışıb. Bina hücum nəticəsində zərər görüb".

İlkin məlumatlara görə, Kupyanskda uğursuz hücumlar zamanı xəstəxanaya sığınan onlarla hərbçi həlak olub.

Bundan əvvəl Qərb Qüvvələri Qrupunun mətbuat mərkəzinin rəhbəri İvan Bigma Ukrayna Silahlı Qüvvələrinin 3 yanvarda iki dəfə Kupyanska girməyə cəhd etdiyini bildirmişdi. Hücumlardan biri Palamarivka yaxınlığında, digəri isə Blaqodatovka yaxınlığında baş verib.

Hurriyyet.az