📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Rusiya qoşunları Xersonda küçə döyüşlərinə hazırlaşır və böyük itki verir

2022-11-07 14:35:00

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Rusiya qoşunları Xersonda küçə döyüşlərinə hazırlaşır və böyük itki verir

Rusiya hərbçilərini Ukrayna ordusunun döyüş həmlələrinin qarşısını almağa və zəbt etdikləri Ukrayna ərazilərini əldə saxlamaq üçün cəmləşdirir. Eləcə də Rusiya qoşunları Baxmut, Avdeyevski və Novopavlovski istiqamətlərində hücum əməliyyatları keçirir. Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı bu barədə bazar ertəsi səhər bildirib.
Baş Qərargahın məruzəsində deyilir ki, Rusiya hərbçiləri “mülki əhaliyə qarşı müharibə qanun-qaydalarını kobud şəkildə pozmağa davam edir”.
"Xerson vilayətinin Kaxovka kəndində rus işğalçı qoşunları təxribat qrupları və yanğınsöndürənləri axtarır, sonra isə məhbusları Qornostavkaya aparır və “işgəncələr altında ifadə alırlar”, deyə Baş Qərargahdan bildirilir.
Rusiya tərəfindən işğal olunmuş Luqansk vilayətinin Borovskoye və Şedrişevo yaşayış məntəqələrində Ukrayna ordusunun məlumatına görə, Rusiya hərbçiləri analoji aksiyalar - kütləvi axtarışlar, mobil telefonların ələ keçirilməsi, adam oğurluğu həyata keçirir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında həmçinin deyilir ki, Xersonda rus hərbçiləri mülki geyim geyinir, mülki əhalinin yerlərini zəbt edir və küçə döyüşləri üçün mövqelərini gücləndirirlər.
"Eyni zamanda, Rusiya təbliğatçı jurnalistləri şəhərdə Ukrayna Müdafiə Qüvvələrinin mülki əhalinin məhv edilməsi mövzusunda videomateriallar çəkməyi planlaşdırır", deyə məlumatda qeyd edilir.
Digər məsələlərlə yanaşı, hesabatda deyilir ki, Mayorsk qəsəbəsi ərazisində rus qoşunları 30 nəfəri itirib, 120-dən çox insan yaralanıb. Lisiçanskda “Axmat” batalyonunun bölməsinə endirilən zərbə nəticəsində 30-dan çox adam ölüb, 15-ə qədər insan yaralanıb.
Ümumilikdə, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, son sutka ərzində Ukraynada Rusiya hərbçilərinin itkiləri 530 nəfər təşkil edib. Ruslar ən böyük itkiləri Limansk, Baxmutsk və Avdeyevsk istiqamətlərində veriblər.
Hazırda digər mənbələrdən bu rəqəmləri təsdiq edə bilməsək də, son günlər Rusiyayönlü ictimai rəydə Rusiya ordusunun Ukraynada xeyli canlı qüvvə itkisi ilə bağlı məlumatlar dolaşmağa başlayıb.
Maraqlıdır ki, Rusiyanın tam işğalı altında olan Mariupol yaxınlığındakı kütləvi məzarlıqda 1500-dən çox yeni məzar qazılıb. Bu barədə BBC yeni peyk görüntülərinin təhlilinə əsasən məlumat yayıb. Xüsusilə qeyd olunur ki, Maxar peykinin son görüntülərinə əsasən Mariupol yaxınlığında Starı Krım, Manquş və Vinoqradnoyedə yerləşən kültəvi məzarlıqlarda yerlərin sayı yazdan bəri durmadan artır. Belə görünür ki, Rusiyanın Ukraynanı sülhə gətirmək çağırışlarının altında da zəbt etdiyi ərazilərdə legitimliyini qəbul etdirmək cəhdləri durur, çünki hadislər bu tempdə gedərsə işğalçı rus qoşunlarının Ukraynadan biabırçı tərzdə çıxmasına çox qalmayıb. 

Ülviyyə, Hurriyyet.az