📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna şişirdir: Rusiya nə qədər əsgər itirib?

2022-05-23 11:26:00

Ukrayna şişirdir: Rusiya nə qədər əsgər itirib?

Ukraynadakı müharibənin ilk üç ayında Rusiyada ölənlərin sayı Əfqanıstanda doqquz illik müharibə zamanı Sovet İttifaqında ölənlərin sayı ilə eynidir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

“İtkilərin sayının artmasına çevikliyin olmaması, havadan məhdud müdafiə olduğu halda hücum əməliyyatının aparılması, döyüşdə yol verilən səhvlərin təkrar edilməsi amilləri səbəb olub. Rusiya ictimaiyyəti keçmişdəki müharibələr zamanı baş verən itkilərə həssaslıqla yanaşırdı. Ona görə də Ukraynada qurbanların sayı artdıqca ictimaiyyətin müharibədən narazılığı və onu dilə gətirmək istəyi arta bilər”.

Qeyd edək ki, SSRİ ordusu Əfqanıstanda 15 min itki verib, 54 min əsgər yaralanıb.

Ukrayna isə 89 gün ərzində Rusiyanın 29,2 min əsgər itirdiyini elan edib.