Ukrayna strateji adanı işğaldan azad etdi! Həlledici dönüş
2022-06-30 17:47:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna ordusu strateji önəmə sahib Zmeinıy (İlanlı) adasını Rusiya işğalından azad edib.
Rusiyanın Müdafiə Nazirliyi də bu xəbəri təsdiqləyib. RF MN kənd təsərrüfatı mallarının rahat daşına bilməsi üçün adanı könüllü tərk etdiklərini, bu addımla BMT-nin humanitar dəhliz səylərinin reallaşması üçün şərait yaratdığını iddia edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeriy Zalujnıy isə öz “Feysbuk” səhifəsindəki açıqlamasında Rusiya işğalçılarının ukraynalı hərbçilərinin artlilleriya zərbələrinə, o cümlədən Ukraynanın “Boqdan” haubitsasının atəşlərinə davam gətirə bilməyərək adadan qaçdıqlarını bildirib və qəhrəman müdafiəçilərə təşəkkür edib.
Hürr Tərcüman