📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Suriya ilə diplomatik əlaqələrini kəsdi

2022-06-30 15:49:00

 Ukrayna Suriya ilə diplomatik əlaqələrini kəsdi

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Suiyanın Ukraynanın şərqindəki qondarma Donetsk Xalq Respublikası ilə qondarma Luqansk Xalq Respublikasının müstəqilliyini tanımasından sonra Ukraynanın Suriya ilə diplomatik münasibtləri kəsdiyini bəyan edib.

Suriya RF-dən sonra rusiyapərəst Donestk və Luqansk separatçılarını tanıyan ilk ölkədir.

Zelenski öz açıqlamasında Ukrayna ilə Suriya arasında artıq diplomatik münasibətlərin olmayacağını bildirərək, Suriyaya qarşı sanksiya təzyiqinin daha da artırılacağını söyləyib.

Zelenski Suriyanın bu addımını “miskin əhvalat” adlandırıb.

Hürr Tərcüman