📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Tatarıstanda mühüm zavodu vurdu

2026-11-15 16:54:49

Ukrayna Tatarıstanda mühüm zavodu vurdu

Ukrayna Rusiyanın mühüm zavodlarına zərbələri davam etdirir.

Hurriyyet.net  xəbər verir ki, ötən gecə hədəflərdən biri Tatarıstanın Nijnekamsk şəhərindəki “Nijnekamsknaftokhim” zavodu olub.

Bu, Rusiyada rezin və plastik istehsal edən ən böyük neft-kimya zavodlarından biridir. Müəssisə ölkənin ən böyük neft-kimya şirkəti olan Sibur holdinqinin bir hissəsidir.

Artıq sosial şəbəkələrdə zavodda güclü partlayış və yanğınları əks etdirən görüntülər paylaşılır.
Tatarıstanla yanaşı, Ukrayna Rusiyanın bir neçə vilayətinə dron hücumu təşkil edib, 10-dan çox hava limanı fəaliyyətini dayandırıb.