Ukrayna Türkiyədən beşinci nəsil qırıcılar alacaq
Hurriyyet.az xəbər verir ki, Ukrayna Türkiyədən beşşinci nəsil qırıcılar - yerli istehsalı olan "Kaan" təyyarələri satın alacaq. Bu barədə məlumatı Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar CNN Türk kanalına müsahibəsində verib. Bodnar bu təyyarə modelinin mühərrikinin istehsalında Ukrayna müəssisələrinin də iştirak elədiyini bəyan edib. Səfirin sözlərinə görə, hələ Rusiya Ukraynada əməliyyatlara başlamazdan əvvəl Kiyev müəssisələri Türkiyənin keçirdiyi tenderdə qalib gəlmişdi.
Bodnarın fikrincə "Kaan" qırıcısı ABŞ-ın yeni nəsil F-35 və F-22 hərbi təyyarələri ilə rəqabət apara bilər.
Türkiyədə "Kaan" qırıcısı 2017-ci ildən bəri, "Milli hərbi təyyarə" proqramı çərçivəsində hazırlanmaqdadır.
İlkin hesablamalara görə, 2028-ci ildə kütləvi istehsalı başlanacaq. Onun taktiki-txniki xarakteristikasına görə ABŞ-ın F-35 qırıcısını geridə qoyacağı və Türkiyənin HHQ-nin ixtiyarında olan F-16 qırıcılarını əvəz edə biləcəyi bildirilib.
Hürr Tərcüman