Ukrayna Türkmənistandan Putini həbs etməyi xahiş edib
2024-10-11 15:50:22
Hurriyyet.az xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi Roma statutunu imzalamamış Aşqabaddan Rusiya Prezidenti Vladimir Putini həmin ölkədə səfərdə ikən həbs etməyə çağırıb. Bu barədə bəyanat Nazirliyin "Teleqram" səhifəsində dərc edilib.
Bəyanatda Ukrayna XİN Rusiya liderini hərbi cani elan edib, Beynəlxalq Cinayət Məhkəməsinin onun həbs edilməsinə qərar verdiyini xatırladıb.
Ukrayna diplomatları Aşqabadın bu qərara hörmətlə yanaşacağına ümidvar olduqlarını bildiriblər.
Hürr Tərcüman