📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna üçün "BELARUS TƏHLÜKƏSİ" — MN açıqlama yaydı

2022-04-07 20:37:00

Ukrayna üçün

"Belarus silahlı qüvvələrinin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinə cəlb edilməsi təhlükəsi qalmaqdadır".

Hurriyyet.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik brifinqdə məlumat verib.

"Volın istiqamətində Belarus Respublikası Silahlı Qüvvələrinin Ukraynaya qarşı silahlı təcavüzə cəlb olunması ehtimalı hələ də qalmaqdadır”.

O bildirib ki, Ukrayna-Belarus sərhədində  Ukrayna bölmələri növbətçiliyini davam etdirir. Xüsusilə, körpülər, keçidlər, dəmir yolu xətləri gücləndirilmiş mühafizədədir,  atıcı silahlardan və hərbi texnikadan atəş açmaq üçün mövqelər təchiz edilib. \\Demokrat.az