Ukrayna “Vaqner”in bazasını vurdu
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, rusiyalı jurnalist Sergey Sredanın “Teleqram” hesabında paylaşdığı bir fotoşəkil sayəsində “Vaqner” muzdlu hərbi şirkətinə məxsus gizli qərargah Ukrayna hərbçiləri tərəfindən vurulub. Qərargahın harada yerləşdiyi həmin şəkil sayəsində bəlli olub.
“Korrerspondent.net” portalının yazdığına görə, bu barədə məlumatı Luqansk Vilayəti Hərbi Dairəsinin başçısı Sergey Qayday verib.
“Vaqner” qrupu 2014-cü ildə Rusiya tərəfindən işğal edilən Krımda və Ukraynanın Donbass bölgəsində yerləşdirilmişdi.
Qayday deyib: “Bu yaxınlarda biz Popasnayada baş vermiş darmadağının şahidi olduq. Hələlik detalları səsləndirməyəcəyik, lakin orada rəhbər heyətdən 100 nəfər vaqnerçinin ölüm xəbəri yayılsa, bu, bizim üçün yenilik olmayacaq”.
Qaydaq “Vaqner” özəl hərbi şirkətinin kuratoru hesab edilən Yevgeniy Priqojinin öldürülməsi xəbərini təkzib eləsə də, ölənlər arasında onun müavinlərinin olduğuna əminliyini bildirib.
Hürr Tərcüman