📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna və ABŞ Tərəfdaşlıq Xartiyasını yeniləyiblər - Ukraynanın Aİ və NATO-ya tam üzvlüyü dəstəklənəcək

2021-11-12 00:25:00

Ukrayna və ABŞ Tərəfdaşlıq Xartiyasını yeniləyiblər - Ukraynanın Aİ və NATO-ya tam üzvlüyü dəstəklənəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında yenilənmiş Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. 
 
Yeni xartiya 2008-ci ildə imzalanmış eyni adlı sənədlə müqayisədə mühüm dəyişiklikləri nəzərdə tutur.
 
Dəyişikliklər əsasən bundan ibarətdir:
 

  • Birləşmiş Ştatlar Krım da daxil olmaqla, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

 

  • Ukrayna müdafiə qabiliyyətini və enerji təhlükəsizliyini gücləndirmək üçün ABŞ ilə qarşılıqlı fəaliyyəti genişləndirir.

 

  • ABŞ Ukraynanın Aİ-yə və NATO-ya tam üzvlüyünü dəstəkləyir.

 

  • ABŞ öz sərmayələri hesabına Ukrayna iqtisadiyyatının transformasiyası planını dəstəkləyir.

 

  • Ukrayna aşağıdakı islahatları aparmaq barədə öz üzərinə öhdəlik götürür: ədalət məhkəməsi sistemində dəyişikliklər, antikorrupsiya orqanlarının yaradılması, torpaq islahatı, mərkəzsizləşdirilmiş idarəetmə sisteminə keçiş, rəqəmsallaşma və de-oliqarxizasiya.

 
Qeyd edək ki, Qərbə tam inteqrasiya üçün Azərbaycandan da bənzər islahatlar tələb oluna bilər. \\Ovqat