📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna və İsrail İrana qarşı addımları müzakirə edəcək

2023-06-19 23:13:00

Ukrayna və İsrail İrana qarşı addımları müzakirə edəcək

Ukrayna və İsrail Müdafiə nazirliklərinin rəhbərləri İrana qarşı addımlar barədə danışa bilərlər.

Bu barədə  Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuj deyib.

“Əvvəla, hər iki ölkənin ortaq düşməni var - İran. Ona görə də bu təhlükəni müzakirə etmək məqsədəuyğundur”, - o söyləyib.

Malomuj bildirib ki, İsrailin Ukraynaya cəbhə xəttində hava hücumundan müdafiə (AD) və “Dəmir günbəz” raket əleyhinə müdafiə sistemi (ABM) təhvil verməsini müzakirə etmək olar.\\Ölkə.Az