Ukrayna və Qərb hər an təxribat törədə bilər - Muradov
2021-12-27 17:07:00
Nə vaxt olduğunu demək mümkün deyil. Bununla belə, hər an təxribat törədəcəklərini gözləyirəm.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Krımın daimi nümayəndəliyinin rəhbəri, Krım baş nazirinin müavini Georgi Muradov Yeni il bayramı zamanı təxribatların mümkünlüyü ilə bağlı suala cavabında deyib.
“Təbii ki, qarşılarında bizim NATO və ABŞ-a təqdim etdiyimiz təkliflər var. Ümid edirəm, onlar nəticələrin dərinliyini dərk edir və anlayırlar ki, Rusiya onların törədə biləcəkləri istənilən təxribatlara cavab verəcək”, - deyə Muradov bildirib