Ukrayna və Rusiya Avropaya qaz tranzitini davam etdirəcək
2024-08-15 12:54:06
Rusiya və Ukrayna əsas transsərhəd yanacaq tranzit məntəqəsi ərazisində davam edən hərbi əməliyyatlara baxmayaraq, boru kəməri ilə Avropaya qaz tədarükünü davam etdirmək niyyətindədir. Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
“Hər iki tərəf Rusiyanın Kursk vilayətindəki Sudja qazqəbuledici stansiyası vasitəsilə nəqli dayandırmaq niyyətində deyil”, məlumatlı mənbələr nəşrə bildiriblər.
Nəşr qeyd edir ki, Kursk vilayətində baş verən hadisələr tədarükün kəsilə biləcəyi qorxusu fonunda Avropada qazın qiymətinin son bir ildə ən yüksək həddə çatmasına səbəb olub.
“Lakin hər iki tərəfin yanacağın axmasını saxlamaq üçün maddi həvəsi var”, məqalədə qeyd edilir.
Lalə, Hurriyyet.az