📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

UKRAYNA VƏ RUSİYA RƏSMİLƏRİ ARASINDA NÖVBƏTİ DANIŞIQLAR… - Üçüncü raund Kiyev vaxtı ilə saat 16:00-da başlayacaq  

2022-03-07 15:52:00

UKRAYNA VƏ RUSİYA RƏSMİLƏRİ ARASINDA NÖVBƏTİ DANIŞIQLAR… - Üçüncü raund Kiyev vaxtı ilə saat 16:00-da başlayacaq  

Ukrayna və Rusiya rəsmiləri arasında danışıqların üçüncü raundu saat 16:00-a təyin edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Tvitter hesabında məlumat verib.

"Rusiya Federasiyası ilə danışıqların üçüncü raundu Kiyev vaxtı ilə saat 16:00-da başlayır. Nümayəndə heyəti dəyişməzdir", - mesajda deyilir.

Podolyak Ukrayna nümayəndə heyətinin danışıqlara getdiyini göstərən foto dərc edib.

Hurriyyet.az