"Ukrayna xaricindəki aviabazalar da Rusiyanın qanuni hədəfi hesab edilə bilər"
2024-06-10 14:00:26
Hurriyyet.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun açıqlamasına görə, "xüsusi hərbi əməliyyat" zonasında hərbi uçuşlar edəcək F-16 qırıcıları və onların yerləşdiyi aerodromlar - hətta Ukrayna ərazisindən kənarda olsa belə - Rusiya ordusunun qanuni hədəfi olacaq.
Kiyevdən verilən açıqlamada Qərb ölkələrinin Ukraynaya verdiyi F-16 qırıcılarının bəzilərinin xaricdəki aviabazalarda yerləşdiriləcəyi bəyan edilmiş, onların Ukrayna bazalarında hədəfə çevrilməməsi üçün belə addım atılacağı bildirilmişdi.
Rusiyadan verilən açıqlamada isə müharibəyə qoşulan qırıcıların istənilən halda hədəf olacağı bəyan edilib.
Hürr Tərcüman