📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna xəritədən silinə bilər - Makqreqor

2022-07-07 12:07:00

Ukrayna xəritədən silinə bilər - Makqreqor

Tərəflər yaxın vaxtlarda razılığa gəlməsə, Ukrayna dünya xəritəsindən silinə bilər.

Hurriyyet.az xəbər verir ki, bu fikri “Skay Nyus” telekanalına müsahibəsində ABŞ-ın eks-müdafiə nazirinin müşaviri olan polkovnik Duqlas Makqreqor deyib.

“Ukrayna dünya xəritəsindən tamamilə silinə bilər. Mən hesab edirəm ki, atəşkəs lazımdır. Vaşinqtonda heç kim bunu etmək niyyətində deyil”, - polkovnik bildirib.