Ukrayna XİN Gürcüstanı Saakaşviliyə hörmətlə yanaşmağa çağırdı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadən xəbər verir ki, Ukraynanın Xarici İşlər Nazirliyi yazılı bəyanat verərək, Gürcüstan hakimiyyətini eks-prezident Mixail Sakaşvilinin həyatını və sağlamlığını təhdid edən addımlara yol verməməyə, ona hörmətlə yanaşmağa çağırıb.
Ukrayna XİN-in açıqmasında deyilir: “Dünən Mixail Saakaşvilini hərbi hospitaldan həbsxana müəssisəsinə aparmaq cəhdləri düzgün deyildi. Gürcüstanın Penitensiar Xidmətinun bu qərarı barəsində vəkillərə məlumat verilməmişdi. Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti buna imkan vermir. O hələ müalicə almalıdır”. Açqıqlamada Gürcüstandakı Ukrayna diplomatlarının vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam elədikləri, həmçinin Gürcüstan hakimiyyəti və Mixail Saakaşvilinin vəkilləri ilə daima dialoqda olduqları diqqətə çatdırılıb. Ukraynanın Gürcüstandakı səfirliyinin konsuluna sabah Saakaşvili ilə görüşmək üçün icazə verildiyi qeyd edilib.
Ukrayna XİN Gürcüstan hakimiyyətinin ukraynalı həkimlərin Saakaşvilini müayinə eləməsinə icazə verməli olduğunu da vurğulayıb.
Bəyanatda deyilir: “Onun müalicəsi və reabilitasiyası məqsədi ilə Ukraynaya qayıtması üçün çalışırıq”.
Xatırladaq ki, Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili sentyabrın 1-də Tbilisi şəhərində həbs edilib. Həmin gündən də aclıq aksiyasına başlayıb. Saakaşvili ona qarşı irəli sürülən ittihamları qəbul eləmir və özünü siyasi məhbus hesab edir. Hazırda Saakaşvili uzunmüddətli aclıqdan sonra Qoridəki hərbi hospitalda müalicə olunur.
Hürr Tərcüman