Ukrayna XİN rəhbəri: Biz Rusiya ilə vasitəçi köməyilə danışıqlara hazırıq, ancaq...
Ukrayna XİN rəhbəri, " Rusiya ilə vasitəçi köməyilə danışıqlara hazırıq, ancaq Rusiya qoşunları çıxarıldıqdan sonra" ifadəsi ilə danışıqların mümüknülüyünə işarə vurub.
“Biz Rusiya ilə onların qoşunları torpaqlarımızdan çıxarıldıqdan sonra danışıqlar apara bilərik, lakin Putinlə deyil. Aydındır ki, biz heç vaxt Putinlə Zelenskini bir masa arxasında görə bilməyəcəyik. Bu məqsədə müharibə və diplomatiyanın birgə yürüdülməsi ilə nail olmaq olar. Birinci ilə generallarımız məşğuldur, onların vəzifəsi rusları geri çəkilməyə sövq etmək və başa salmaqdır ki, döyüşməkdənsə, danışmaq daha yaxşıdır. Mən mümkün olanda diplomatiya və dialoqa əhəmiyyət verirəm...”, deyə Ukraynanın xarici işlər naziri Kuleba İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində bildirib.
Ülviyyə, Hurriyyet.az