📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI

2022-11-14 15:22:00

Ukrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI

“Ukraynanın sülh formulu dəyişməz olaraq qalır".

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.

Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: “Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.

sfera.az