Ukrayna yaxın həftələrdə Rusiyanın iri miqyaslı hücumuna hazırlaşır - Reuters
2024-05-17 12:37:39
Ukrayna yaxın həftələrdə Rusiyanın böyük hücumuna hazırlaşır. Bu barədə"Reuters" xəbər verir.
Rusiyanın Xarkov hücumu Ukrayna hərbçiləri üçün başağrısı olsa da, Sumı vilayətinin yaxınlığında rus bölmələrinin yığılması müşahidə olunur. Yəqin ki, Xarkov vilayətində baş verən hücum Ukrayna Silahlı Qüvvələrinin məhdud ehtiyatlarını əsas yay hücumu başlamazdan əvvəl döyüşə cəlb etmək cəhdidir. Yəni bu bir növ çaşdırıcı manevrdir. Məqsəd isə Ukraynanın diqqətini yayındırmaqdır.
Ülviyyə, Hurriyyet.az