Ukrayna yenə “Bayraktar” alır – rus mətbuatı hucuma keçdi
Ukrayna komandanı: “Azərbaycanın təcrübəsinə yiyələnsə idik, daha yaxşı olardı”
Hurriyyet.az xəbər verir ki, həm donanmasını, həm də hava qüvvələrini Türkiyə istehsalı olan dronlarla təmin edən Ukrayna əlavə olaraq 24 ədəd də “Bayraktar TB2” alacağını açıqlayıb. Ukrayna liderinin “müharibə ehtimalı” bəyanatından dərhal sonra belə bir xəbərin yayılması Rusiya mediasında zəlzələ effekti yaradıb.
Rusiya mətbuatı yazır: “Beləliklə, qarşıdakı illərdə Ukrayna Silahlı Qüvvələri analitiklərin 12-ni ədədi belə çox ciddi bir təhdid hesab elədiyi silahlı dronlardan 36 ədədinə sahib olacaq”.
Ötən həftələrdə “Kronştadt Qrup” Rusiya ordusu üçün hazırlanmış “Orion” dron növlərindən birinin Türkiyənin “Bayraktar”dan daha güclü ola biləcəyini iddia ediib. Şirkətin Baş direktoru Sergey Boqatikov “Orion”un peyk əlaqəsi sistemi ilə təmin ediləcəyini, lakin hələ uçmadığını, ilk dəfə qarşıdakı qış aylarında havaya qaldırılacağını bildirib. Rus mətbuatı yazır: “Krımda mühüm HHM sistemləri yerləşdirilsə də, Ukraynanın əlavə olaraq “Bayraktar” dronları sifariş verməsi indidən ciddi təhlükə yaradır”.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujni deyib: “Bayraktarı almaqla iş bitmir. İndi biz bu qurğudan istifadə eləməyi öyrənirik. Düzünü desəm, bu məsələdə Azərbaycanın təcrübəsinə malik olmaq bizim üçün daha yaxşı olardı. Təəssüflə etiraf edirəm ki, biz bu sahədə çox az təcrübəyə malikik”.