Ukraynada 100 mindən artıq dinc vətəndaş qaçqına çevrilib
2022-02-25 17:11:00
Hurriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 100 mindən artıq dinc vətəndaşın didərgin düşdüyünü bildirib.
Komissarlığın mətbuat təmsilçisi Şabia Mantoo BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında bəyan edib: “Təqribən 100 min nəfərdən artıq insanın çoxdan evlərini tərk eləmiş olduğunu, yaxud ölkə daxilində köçkünə çevrildiyini, minlərlə insanın qaçqın düşərək xaricə getdiyini güman edirik”.
Hürr Tərcüman