📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verildi

2023-12-23 00:09:15

Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verildi

Kiyevin “Obolon” futbol klubunun 25 futbolçusu eyni gündə hərbi xidmətə çağırış vərəqəsi alıb.

Bunu “TaToTake” televiziya proqramının aparıcısı Mixail Spivakovski efirdə deyib.

Jurnalistin sözlərinə görə, bu həftə Ukrayna Premyer Liqasında çıxış edən “Obolon” komandasının oyunçularına ərazi komplektləşdirmə mərkəzlərindən (keçmiş hərbi komissarlıq – red.) çağırış gəlib.

Bu mövsüm komanda Ukrayna çempionatında 13-cü yerdədir. \\Redaktor.Az