📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi - Fotolar

2022-08-01 10:09:00

Ukraynada azərbaycanlı iş adamı qətlə yetirildi - Fotolar

Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.

Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.

Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.