📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada azərbaycanlı nazir müavini təyin olunub

2024-09-28 00:39:05

Ukraynada azərbaycanlı nazir müavini təyin olunub

Ukraynada icmaların və ərazilərin inkişafı naziri müavini vəzifəsinə əslən azərbaycanlı, Timur Firudin oğlu Məmmədov (Tkaçenko) təyin olunub.

Hurriyyet.Az -ın “Report”a istinadla məlumatına görə, Ukrayna Nazirlər Kabineti bununla bağlı sentyabrın 27-də qərar qəbul edib.

T. Məmmədov buna qədər Ukrayna strateji sənayelər nazirinin müavini olub. Onun atası Firudin Məmmədov Ukraynada Azərbaycan diasporunun fəal üzvlərindən biri olub. F. Məmmədov 2023-cü ildə vəfat edib.