📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - Video

2026-09-22 13:59:22

Ukraynada azərbaycanlı polis rəisinin iş otağı dronla vurulub - Video

Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinin azərbaycanlı polis rəisi, polkovnik-leytenant Rüstəm Vəliyevin iş otağı dron hücumuna məruz qalıb.

Hurriyyet.media “Report”a istinadən xəbər verir ki, hücum zamanı bir neçə dron idarənin rəisin otağı yerləşən istiqamətini hədəf götürüb.

Otaq və bütün mərtəbə tamamilə sıradan çıxıb.

R. Vəliyev otağı təhlükə hiss edən kimi tərk etdiyinə görə, xəsarət almayıb. İdarədə olan polislərdən də tələfat olmayıb.

Qeyd edək ki, R. Vəliyev 3 ilə yaxındır Pavloqradın polis rəisidir, əslən Azərbaycanın Salyan rayonundandır.