📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada azərbaycanlı snayper həlak oldu

2022-04-08 16:30:00

Ukraynada azərbaycanlı snayper həlak oldu

Ukrayna Silahlı Qüvvələrinin tərkibində ruslara qarşı döyüşən həmyerlimiz, snayper qrupunun komandiri Elnur Həsənov həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə şəhidin yaxınları sosial şəbəkədə məlumat yayıblar.

Bildirilib ki, Elnur Həsənov həm də, İkinci Qarabağ müharibəsinin iştirakçısı olub.

1993-cü il təvəllüdlü Elnur Həsənovun Ukraynanın İrpin şəhərində həlak olduğu deyilir.  O, Ukraynada “Alik” ləqəbi ilə tanınıb.

Mərhumun iki övladı qalıb, həyat yoldaşı hamilə imiş./Modern.az