Ukraynada "Bayraktar" istehsalına başlanacaq
2023-06-23 10:43:00
Hurriyyet.az xəbər verir ki, Türkiyənin “Baykar” şirkəti 2025-ci ildən etibarən Ukraynada “Bayraktar TB2” və “Bayratar Akıncı” pilotsuz uçuş aparatlarının istehsalına başlamağı planlaşdırır. “Yeni Akit” nəşrinin yazdığına görə, bu xəbəri “Baykar” şirkətinin Baş direktoru Haluk Bayraktar verib.
Bayraktarın sözlərinə görə, bu iş “Baykar” şirkətinin yerli filialı olan “Avia vençurs” firması tərəfindən reallaşdırılacaq.
Hürr Tərcüman