📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada “Bayraktar” zavodunun hazır olacağı tarix açıqlandı

2022-10-28 12:13:00

Ukraynada “Bayraktar” zavodunun hazır olacağı tarix açıqlandı

Türkiyənin “Baykar” şirkəti Ukraynada öz istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb. 

“Bizim planımız həyata keçir. Hazırda bizim memarlıq layihəmiz var. Detallı layihələndirmə mərhələsi tamamlanıb və biz inşaat prosesinə doğru irəliləyəcəyik. İki il ərzində bunu başa çatdırmaq istəyirik”, - deyə Bayraktar söyləyib. 

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oleksey Reznikov isə öz növbəsində Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun inşası ilə bağlı layihə üzərində işin davam etdiyini açıqlayıb. (qafqazinfo)