📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada çörək zavodu vurulub - ölənlər var

2024-02-03 23:42:38

Ukraynada çörək zavodu vurulub - ölənlər var

Ukrayna Silahlı Qüvvələri separatçıların nəzarətində olan Luqanskdakı Lisiçansk əyalətinə zərbələr endirib.

Bu barədə TASS məlumat yayıb.

Çörək zavoduna endirilən zərbə nəticəsində yeddi nəfər ölüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha əvvəl dağıntılar altından beş nəfərin cəsədinin çıxarıldığı barədə məlumat yaymışdı.

Xəsarət alanların sayı altı nəfərdir.\\Referans.az