Ukraynada daha 2 azərbaycanlı öldürüldü
2022-03-30 12:04:00
Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində 2 azərbaycanlı həlak olub.
Hurriyye.az xəbər verir ki, hər ikis şəxs Ukrayna vətəndaşıdır.
Həlak olanlar Rauf Məmmədov və Ruslan Əhmədovdur.
Bununla da Ukraynada öldürülən azərbaycanlıların sayı 10-a çatıb.
Qeyd edək ki, ölkədəki son döyüşlərdə iki azərbaycanlı - Əlixan Ağayev, Xəlilov soyadlı şəxs yaralanıb. Onlar Ukrayna vətəndaşı olaraq, ölkənin suverenliyi uğrunda döyüşüblər.