📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU

2023-12-11 22:20:07

Ukraynada daha bir azərbaycanlı HƏLAK OLDU

Ukraynanın azadlığı və müstəqilliyi uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı qəhrəman şəhid olub.

Hurriyyet.az Modern.Az-a istinadla xəbər verir ki, Rusiya ordusu ilə döyüşlərin növbəti qurbanı həmyerlimiz Elxan Ələsgər oğlu Əsgərovdur.

Məlumatı Ukraynada yaşayan diaspor fəalı Ceyhun Məmmədov verib.
Bir neçə hərbi ixtisasa mail olmuş Elxan Əsgərov Ukraynanın Jitomir şəhərində və Britaniyada ali təhsil alıb. Ukrayna Silahlı Qüvvələrinin Hava Desant-Hücum Qoşunlarının 71-ci Briqadasında xidmət edib.

Onun fədakarlığı və hərbi bacarığı çoxlarına nümunə olub.
Allah rəhmət eləsin!