📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - Foto

2023-08-18 13:07:00

Ukraynada daha bir azərbaycanlı hərbçi həlak oldu - Foto

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.

Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.

R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.