Ukraynada dəmiryolu stansiyası raketlə vuruldu - 30 nəfər öldü
2022-04-08 13:25:00
Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu stansiyasına raket zərbələri endirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Hücum nəticəsində 30 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.
"Kramatorsk dəmir yolu stansiyasına 2 raket düşüb. Nəticədə 30 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir”, - məlumatda deyilir.