Ukraynada fövqəladə vəziyyət rejiminə keçmək qərara alındı
2022-02-23 14:35:00
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkə ərazisində otuz günlük fövqəladə vəziyyət rejimi tətbiq eləməyi qərara alıb. Bu barədə açıqlamanı Şurasının katibi Aleksey Danilov verib.
Onun sözlərinə görə, zərurət yarandığı təqdirdə onun müddətini 60 günə qədər uzada bilərlər.
Qərar Ali Rada tərəfindən təsdiqlənməlidir.
Hürr Tərcüman