📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada girov götürülən azərbaycanlı tələbə azad olundu

2022-04-12 15:35:00

Ukraynada girov götürülən azərbaycanlı tələbə azad olundu

Ukraynada Rusiya hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, martın 17-dən girovluqda qalan Hüseyn bu gün sərbəst buraxılıb.

Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı Hüseyn Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir.