📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

2022-03-02 16:07:00

Ukraynada həlak olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ukraynada baş verən hadisələrdə indiyə qədər Azərbaycanın 5 vətəndaşı həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu məlumatı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva açıqlayıb.

O qeyd edib ki, bu günə kimi 4000-ə yaxın azərbaycanlı Ukraynanı tərk edib: “Hərbi əməliyyatların davam etdiyi ərazilərdən azərbaycanlıların təxliyəsi vacib məsələdir. Dünən artıq Xarkovdan azərbaycanlılar qatarla çıxarılıb, 800-dən çox azərbaycanlı Xarkov-Moldova istiqamətində yola düşüb. Vətəndaşlarımızın sərhədi keçidinə dair ən çox sıxlıq Ukraynanın Moldova və Rumıniya sərhədində, daha sonra isə Polşa sərhədində müşahidə olunur”.

Nazirlik rəsmisi vurğulayıb ki, yaxın vaxtlarda Azərbaycan vətəndaşlarının Polşadan gətirilməsi üçün də çarter reysi təşkil olunacaq.