📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada həlak olan azərbaycanlılar dəfn edildi - Fotolar

2023-08-17 11:45:00

Ukraynada həlak olan azərbaycanlılar dəfn edildi - Fotolar

Məlumat verildiyi kimi, Ukraynanın Xerson vilayətində həlak olan azərbaycanlılar - Orxan Əzizli və Ramiz Qədirlinin cənazələri ökəmizə gətirilib.

Zərdab rayonunun Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Orxan Əzizli və Ramiz Qədirli sözügedən kənddə dəfn olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya hərbçilərinin tankı Ukraynada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan iki azərbaycanlının içərisində olduğu yük maşınına atəş açıb və sözügedən şəxslər həlak olub.