📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukraynada həlak olan koreyalılarla bağlı ŞOK - Meyitləri yandırırlar

2025-04-30 09:57:01

Ukraynada həlak olan koreyalılarla bağlı ŞOK - Meyitləri yandırırlar

Rusiya-Ukrayna müharibəsində 600 Şimali Koreya əsgəri həlak olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin üzvü Li Son Kvun ölkənin kəşfiyyat xidmətinə istinadən bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Şimali Koreya əsgərlərinin ümumi itkisi 4700 nəfər təşkil edir. Onların təxminən 600-nün döyüşlərdə həlak olduğu qeyd olunur.

“Həlak olanların meyitləri Kursk şəhərində yandırılıb, qalıqları isə Şimali Koreyaya qaytarılıb”, – deyə deputat vurğulayıb.

Musavat.com