Ukraynada hərbçilərin sayı 100 min nəfər artırılacaq, 20 yeni briqada yaradılacaq
2022-02-01 17:58:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski qarşıdakı 3 il ərzində Ukrayna hərbçilərinin sayının yüz min nəfər artırılacağını bildirib. Zelenski parlamentdəki çıxışı zamanı həmin dövrdə 20 ədəd yeni hərbi briqadanının yaradılmasının planlaşdırıldığını bəyan edib.
Prezidentin fərmanı ilə Ukraynada hərbi qulluqçuların ən aşağı maaşı minimal əməkhaqqından 3 dəfə çox olacaq.
Zelenski deyib: “Bu fərman tezliklə müharibə olacağı üçün verilmir. Bunu hamı üçün deyirəm. Bu, onun üçündür ki, tezliklə və gələcəkdə də sülh olsun, Ukraynada sülh olsun”.
Hürr Tərcüman